Ölkə 14:29 14.07.2023

Azərbaycanlı Etik Haker Kanadada FIC-InCyber Forumunda çıxış edəcək

Azərabycanın ilk Beynəlxalq etik xakeri olan İlkin Cavadov FIC-Canada InCyber Forumunda çıxış edəcək. 

Qaynarinfo xəbər verir ki, bu tədbir 25-26 iyunda Kanadanın Montreal şəhərində baş tutacaq. Bu barədə Fic-Canada InCyber saytında məlumat verilib.

Nəzərinizə çatdıraq ki, yeganə Etik Haker olaraq bu forumda İlkin Cavadov Azərbaycanı təmsil edir. 

Qeyd edək ki, İlkin Cavadov Millikart şirkətində Baş Kibertəhlükəsizlik mühəndisi olaraq çalışır. Həmçinin, o, Azərbaycan Texniki Universitetinin Sabah kurslarının Kibertəhlükəsizlik üzrə ixtisaslaşmış müəllimidir. İlkin Cavadov artıq 8 ildən artıq kibertəhlükəsizlik təcrübəsinə sahibdir. Belə ki, o kariyerası boyunca bir çox tədbirlərdə ölkəmizi təmsil edib. Bunlarda biri də məhz bu ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş EMEA-nın ən böyük kibertəhlükəsizlik tədbirlərindən olan "Gisec Global 2023” tədbiridir.