Ölkə 16:43 10.10.2023

Azərbaycanlı həkim 20 min avroluq maaşdan imtina edib Vətənə döndü, lakin... (AÇIQLAMA)

Şirvan şəhər Mərkəzi Xəstəxanası Almaniyada 20 min avroluq maaşı buraxıb, vətənə dönən Nicat İbrahimovla bağlı mətbuatda və sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirib. 

Xəstəxandan Qaynarinfo-ya bildirilən məlumata görə, yayılan məlumatın heç bir əsası yoxdur: 

"Hazırda Nicat İbrahimov adında xəstəxanada həkim işləmir. Almaniyadan bizə həkim gəlməyib. Qarşıdakı günlədə gələcəksə, bu barədə indidən heç nə deyə bilmərik”. 

Qeyd edək ki, sosial şəbəkələrdə və mətbuatda 12 ildir Almaniyada yaşayan və işləyən Nicat İbrahimovun Almaniyada aylıq 20 min avro maaşından imtina etdiyi bildirilir. Məlumata görə, o, fəaliyyətini Şirvan Mərkəzi Xəstəxanasında davam etdirəcək. 

Xatırladaq ki, Nicat İbrahimov Azərbaycan Tibb Universitetini bitirəndən sonra Almaniyada təhsilini davam etdib. Almaniyanın Koburq şəhərindəki Regiomed Klinikasında Daxili Xəstəliklər ve Kardiologiya şöbəsinin müdiri olub. 12 ildən çox olan fəaliyyəti dövründə 17 gənc azərbaycanlını assistant olaraq yetişdirib. Nicat İbrahimov invasiv kardioloqdur. 

Bahar Rüstəmli