İdman 11:04 15.11.2022

Azərbaycanlı məşhur  buna görə Qətərə getməyəcək

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei Qətərdə keçiriləcək dünya çempionaına yollanmayacaq.
 
Qaynarinfo xəbər verir ki, 53 yaşlı keçmiş hücumçu şəxsi "Instagram" hesabında bununla bağlı açıqlama verib. 

Sabiq forvard FIFA və Qətər Futbol Federasiyasının rəsmi dəvətini qəbul etmədiyini deyib: "Çoxumuzun özünü yaxşı hiss etmədiyi bu günlərdə ölkəmdə sizinlə birlikdə olmaq üçün həyat yoldaşım və qızlarımla mundialda iştiraka yox dedim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün aydınlıq günlər ümidi ilə".
 
Daha əvvəl Əli Daei barəsində ölüm hökmü çıxarıldığı bildirilib.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

 
 

Səbuhi Həsənov