Dünya 16:01 24.03.2023

Azərbaycanlı polkovnik-leytenant Ukraynada həlak oldu (FOTO)

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əslən azərbaycanlı hərbçisi polkovnik-leytenant Ziya Abdullayev həlak olub.

Ziya Abdullayev Xarkovda dəfn edilib.