Video 12:24 04.02.2023

Azərbaycanlının ölümünə səbəb olan sürücü: "Təzyiqim qalxdığı üçün..." (VİDEO)

Fevral ayının 2-də İstanbulda azərbaycanlının da ölümü ilə nəticələnən yol qəzası ilə bağlı yeni detallar üzə çıxıb. 

Qaynarinfo-nun məlumatına görə, qəzanı törədən avtobusunun sürücüsü, 58 yaşlı Sefer Baldan "ehtiyatsızlıq nəticəsində birdən çox adamın ölümünə və ya yaralanmasına səbəb olma" maddəsi ilə ittiham olunub. İstanbul Sülh Cəza Məhkəməsi onun həbsinə qərar verib.

Sefer Baldan prokurorluqdakı ifadəsində bildirib ki, uzun müddətdir sürücü kimi fəaliyyət göstərir: "Avtobusda sürücü işləyirəm. Səhər saat 05.50-dən gecə saat 21.30-dək, bir gündən bir çalışıram. Özüm təzyiq xəstəsiyəm. Həmin gün dərman atmadığımdan təzyiqim yüksəldi. Gözlərimin qaraldığı üçün hadisə baş verdi. Hadisədən sonra özümə gəldim. Heç yatmamışam, sərnişinlərin ifadəsini qətiyyən qəbul etmirəm”. 

Sərnişinlər isə iddia edib ki, sürücü yatdığı üçün qəza baş verib. 

Xatırladaq ki, hadisə nəticəsində iki nəfər ölüb, 4 nəfər yaralanıb. Həlak olanlardan biri azərbaycanlı Əhməd Rzayevdir.

Əhməd