Ekonomiks 14:36 12.11.2022

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

Növbəti həftə (14.11-16.11.2022 və 18.11.2022) daha 4 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyaları keçiriləcək.

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Hacıqabul rayonunda (İsmət Qayıbov küçəsi 15), 2-ci günü saat 12:00-dan 13:00-dək İmişli rayonunda (Zəfər prospekti 9, İmişli Olimpiya İdman Kompleksinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Saatlı rayonunda (H. Əliyev prospekti, Gənclər mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Salyan rayonunda (M. Ə. Rəsulzadə küçəsi, Mərkəzi Kitabxananın qarşısı) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.