Ekonomiks 11:17 03.12.2022

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

Növbəti həftə (05-06.12.2022 və 08-09.12.2022  tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü Quba rayonunda (Gənclər Parkı), 2-ci günü Qusar rayonunda (Rəsm Qalereyasının qarşısı), 4-cü günü Xaçmaz rayonunda (Zəfər Parkı), 5-ci günü isə Xızı rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.