Ekonomiks 10:16 01.05.2023

“Azəriqaz” sahibkarlarla növbəti görüşü Samuxda keçirəcək

SOCAR "Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası çərçivəsində KOBİA nümayəndəsinin iştirakı ilə sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq.

Qaynarinfo xəbər verir ki, aksiya Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq.

"Səyyar qəbul otağı” mayın 3-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.