Video 14:49 29.02.2024

"Azəriqaz" yeni layihəyə start verdi (VİDEO)

Abonent məmnunluğu və məmur əlçatanlığının təmin olunmasını prioritet sayan SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi "Sualım var" adlı yeni layihəyə start verib. 

Layihənin əsas məqsədi vətəndaşlara qaz təchizatı ilə bağlı üzləşdikləri problemləri, irad və təkliflərini səsləndirmələrinə şərait yaratmaqdan ibarətdir. 

Sualınız varsa, şəhərin müxtəlif ərazilərində quraşdırılacaq stendimizə yaxınlaşa bilərsiniz. Ünvanlanan sualların cavabsız qalmayacağına əmin olun.