Ölkə 12:08 25.01.2024

“Azərpoçt”da struktur dəyişiklikləri olacaq (RƏSMİ)

"Azərpoçt” MMC struktur dəyişiklikləri aparmağa başlayır”.

Qaynarinfo-nun məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev 2023-cü ildə qurumun gördüyü işlər barədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, müasir dövrlərdə kağız məktubların göndərilməsində ləngimələr yaranıb:

"Buna uyğun olaraq bəzi yerlərdə yerləşən poçt xidmətlərinin regionlaşması aparılır”.