Sağlamlıq 15:23 12.08.2023

Bahalı orqan transplantasiyalarını İTS qarşılayacaq: Qaraciyər, böyrək, sümük iliyi...

"Azərbaycanda qaraciyər transplantasiyası 70-120 min manatadır. Belə əməliyyatlar bütün dünyada baha olur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib. O, bu əmliyyatın İcbari Tibbi Sığorta paketinə daxil edilməsini sevindirici hal adlandırıb:

"Sevindirici haldır ki, dövlətimiz bunu İcbari Tibbi Sığorta olaraq qarşılaya bilir. Azərbaycan üçün xeyirli olsun, Allah bu xalqa belə dərdi göstərməsin və belə əməliyyatlara, qaraciyər transplantasiyasına da gərək qalmasın".



Namiq Nəbiyev qaraciyərin, sümüyün transplantasiyası ilə bağlı aparılan əməliyytaların hər kəs üçün əlçatan olmadığını diqqətə çatdırıb: 

"Çox baha qiymətə başa gəlir. Məsələn, mənim sahəm olan Hepatit B, Hepatit C-dən sonra qaraciyərin sirrozu, qaraciyər çatışmazlığı və yaxud da qaraciyər transplantasiyası Azərbaycan üçün vacib və öndə gedən xəstəliklər qrupundandır. Belə xəstələrin sayı çoxdur. Belə əməliyyatlar xəstəyə təklif olunur. Bu hər bir xəstə üçün əlçatan deyil. Məsələn, onların hər birinin qiyməti çox bahalıdır".

Həkim Azərbaycanda sümük iliyinin dəyişdirilməsinin də ağır əməliyyat qruplarından olduğunu vurğulayıb: 

"Bundan əlavə vətəndaşlarımız üçün əlçatmayan xəstəliklər qrupu var. Məsələn, onkoloji xəstəliklərin müayinə və müalicəsi çox bahadır. Onların da siyahıya əlavə edilməsi çox yaxşı olardı”. 

Bahar Rüstəmli