"Bu gün Bakı küçələrini yükləyən, saatlarla şəhərdə tıxac yaradan öz uşaqlarını fərdi avtomobilləri ilə dərsə aparan valideynlərdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov cəmiyyətdə tələbələrin fərdi avtomobilləri ilə ali məktəblərə gəlməsi tıxaca səbəb olur fikirilərini şərh edərkən deyib.
Ekspert bildirib ki, ali məktəb tələbələrinə şəxsi avtomobili ilə məktəbə gəlmələri ilə bağlı qadağa qoyula bilməz:
"18 yaşından yuxarı olan istəlinən şəxs fərdi avtomobil idarə edə bilər. Tələbələrə isə belə bir qadağa qoyula bilməz, bu mümkün deyil. Qadağa qoyulsa belə, onu tətbiq etmək olmaz. Belə bir qadağa ağılsızlıq olardı”.
Ərşad Hüseynov hesab edir ki, tələbəni normal ictimai nəqliyyatla təmin etmək lazımdır:
"Həm də təbliğat aparmaq lazımdır ki, tələbə dərsə ictimai nəqliyyatla gəlsin. İctimai nəqliyyat olmalı və normal işləməlidir. Bu gün ictimai nəqliyyat yoxdur, tələbə də saatlarla dayanacaqlarda, küçələrdə yağışın, suyun altında qalır. Ona görə də ata deyir ki, "odur maşın, min get”. Elə etmək lazımdır ki, tələbənin dərsə maşınla gəlməyə ehtiyacı qalmasın".
Ərşad Hüseynov qeyd edib ki, şəxsi avtomobili ilə dərsə gələn tələbə yolu "yükləmir":
"Bu gün yollarda "tıxac” yaradan onların valideynləridir”.
Bahar Rüstəmli
Şərhlər