Foto 09:44 23.12.2022

Bakı sakini 102 min manata maşın aldı, eyni gündə qəzaya düşdü - Xəsarət alan var (FOTO)

Bakının Xətai rayonunda yük avtomobili minik maşınına çırpılıb.

Qaynarinfo APA-ya istinadla xəbər verir ki, yol nəqliyyat hadisəsi Babək prospektində baş verib.

"İsuzu” markalı yük avtomobilini idarə edən sürücü yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Nəticədə idarəetmədən çıxan yük maşını eyni istiqamətdə hərəkətdə olan "Toyota” markalı avtomobilə çırpılıb.

Qəza zamanı yük avtomobilinin sərnişini xəsarət alıb.

Faktla bağlı hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb.

"Toyota Prado” markalı minik avtomobilinin sahibi bildirib ki, o avtomobili elə bu gün alıb.

Qeyd edək ki, 2022-ci il istehsalı olan avtomobilin bazar qiyməti isə 102 min manatdır.