Ölkə 12:14 01.12.2023

Bakıda 20 dərəcə isti olacaq

Dekabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.