Ölkə 10:01 09.08.2022

Bakıda iki yaşlı uşaq ailəsinin zorakılığına məruz qaldı, DİN sığınacağa yerləşdirdi (FOTO)

Bakıda 2 yaşlı uşaq ailəsi tərəfindən zorakılığa məruz qalıb.
 
Bu barədə Qaynarinfo-ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Sədr bildirib ki, uşaq Daxili İşlər Nazirliyinin Nərimanov rayon 17-ci Polis Bölməsinin əməkdaşlarının səyi nəticəsində xilas edilib.
 
"Uşaq 2 yaş 2 aylıqdır. Baxımsız halda qalıb, ailəsi tərəfindən zorakılığa məruz qalıb. Ailə üzvləri narkotik istifafəçisi, içki düşgünüdür. Uşaq hazırda bizim sığınacaqdadır. Əlində yanıq izləri var. Amma araşdırmadan sonra dəqiq bilinəcək. Bəlkə də baxımsızlıqdan əlini harasa vurub. Bu bardə heç nə deyə bilmirik".

Bahar Rüstəmli