Ölkə 08:58 10.02.2023

Bakıda körpü buz bağladı, 7 avtomobil toqquşdu

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Qəza Babək prospektində qeydə alınıb.

"Ford” markalı yük maşının sürücüsü asfalt qatının buz bağlamasına görə sükana nəzarəti itirib. Nəticədə yük maşını geriyə çevrilib. Bundan sonra eyni istiqamətdə olan "Toyota” markalı avtomobil "Ford” a çırpılıb. Digər beş maşın zəncirvari olaraq bir birinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb

Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Yol Patrul Xidmətinin əməkdaşları növbəti qəza olmasın deyə tədbir görüb. Onlar sürücülərə paytaxt ərazisində xüsusilə körpü üzərində ehtiyatlı olmaq tövsiyə edilib./APA