Video 15:11 18.03.2022

Bakıda böyük məbləğ udan adamın sevinci viral oldu (VİDEO)

Bakıdakı mərc oyunuda böyük məbləğdə pul udan şəxsin sevincini əks etdirən video yayılıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, "Tik-tok" və "Facebook"-da qısa zamanda geniş yayılan video böyük maraq doğrurub.

Qısa araşdırmadan sonra müəyyən edə bildik ki, video 28 may metrosunun yaxınlığındakı "Misli" məntəqəsində müşahidə kameraları tərəfindən lentə alınıb.

Məntəqədən Qaynarinfo-ya verilən açıqlamada faktı təsdiqlədilər: "Bəli, həmin görüntülər bizim məntəqədə çəkilib. Sadə bir vətəndaş idi, idman mərc oyununda kifayət qədər ciddi məbləğ qazandı. Amma onun razılığı olmadan kimliyini və uduş məbləğini açıqlaya bilmərik".

Məntəqədən məbləği açıqlamasalar da, "Azərlotereya" şirkətinin rəsmi səhifəsində 17 mart tarixli açıqlamada son günlərdə böyük uduşları qazanan şəxslərin bir qisminin adları açıqlanıb:

100.000 AZN - "Brilliant” ani lotereyası, Şamaxı sakini Elçin Qədimov
50.000 AZN - "Şans ulduzu” ani lotereyası, Beyləqan sakini Elşən Məmmədəliyev 
25.000 AZN - Qızıl” ani lotereyası, Qəbələ sakini Qərib Hüsənova, və Füzuli sakini  Mahir Qarayev

Qeyd edək ki, 18 yaşı tamam olmuş şəxslər lotereya və idman mərc oyunlarında könüllü şəkildə iştirak edə bilərlər.