Ekonomiks 12:08 02.05.2023

Bakıda məmur sürücüsü dələduzluq edib

Bakıda məmur sürücüsü işləyən şəxs dələduzluqda ittiham edilib.

Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Qazax rayonunda anadan olmuş Ramil dövlət qurumlarının birində vəzifədə çalışan Ruslan adlı şəxsin sürücüsü olub. O, Həsənalı adlı şəxsin pensiyaya çıxmasına kömək etmək üçün ondan ilkin olaraq 7000 manat, daha sonra isə hissə-hissə 3300 manat olmaqla, ümumilikdə 10300 manat pul alıb. 

Uzun müddət keçməsinə baxmayaraq, Ramil Həsənalı adlı şəxsin işini düzəldə bilməyib. İşinin düzəlmədiyini görən Həsənalı bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib. İşə baxılması üçün məhkəmə göndərilib. 

Məhkəmənin qərarı ilə Ramil Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 il 5 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Əhməd