Ölkə 10:54 30.05.2023

Bakıda oğul atasını döydü, qardaşı isə lentə aldı (VİDEO/YENİLƏNİB)

Xəzər rayonu Türkan qəsəbəsində döyüldüyü bildirilən şəxs polisə dəvət edilib. 

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. 

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, yayılan görüntülərin dörd ay öncə çəkildiyi məlum olub: 

"Hadisə ilə bağlı müvafiq polis orqanında araşdırma aparılıb. Tərəflər polis orqanına dəvət olunaraq izahatları alınıb. Araşdırmalarla görüntülərin dörd ay öncə qeydə alındığı məlum olub. Şəmsəddin İbrahimov izahatında oğlu tərəfindən döyülmədiyini, ərazidə yerləşən istixanada çalışarkən yıxılaraq xəsarət aldığını bildirib”.   

Faktla bağlı araşdırmalar davam etdirilir.
 
08:19

Xəzər rayonu Türkan qəsəbəsində döyülmə hadisəsi baş verib.

Qəsəbənin Sovxoz küçəsində yaşayan Ataxan Şəmsəddin oğlu İbrahimov ailə münaqişəsi zəminində atası I qrup əlil Şəmsəddin İbrahim oğlu İbrahimovu döyərək ona xəsarətlər yetirib.

Başından ciddi xəsarətlər alan atanın görüntülərini kiçik oğlu Rüstəm İbrahimov lentə alıb.

Bizim.Media-nın təqdim etdiyi görüntülərdə Rüstəm İbrahimov qardaşının ünvanına nalayiq ifadələr səsləndirərək atasının döyülməsinə etiraz edib.

Qeyd edək ki, İbrahimovlar Türkan qəsəbəsində kriminal ailə kimi tanınırlar.