Ekonomiks 17:54 29.11.2023

Bakıda orta maaş ölkə üzrə orta göstəricini 27 % üstələyir

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 168 manat təşkil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report”a Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verilib.

Bildirilir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 9,6 % çoxdur.
Xatırladaq ki, hesabat dövründə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı illik müqayisədə 11,2 % artaraq 920 manat olub. Beləliklə, Bakıda orta maaş ölkə üzrə orta göstəricini 27 % üstələyir.