Ölkə 13:18 30.08.2023

Bakıda qadın ayağının amputasiyası zamanı vəfat etdi

Bakıda qadın özəl xəstəxanada ayağının amputasiyası zamanı ölüb.

Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayeva Xətai rayonunda yerləşən "Medica Hospital” xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.