Ölkə 09:36 04.01.2024

Bakıda “Range Rover”in sərxoş sürücüsü həbs edildi

Ötən gecə saat 01:50 radələrində "Range Rover" markalı, 77-MF-774 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Adil Mayıl oğluna paytaxtın Ü.Hacıbəyli küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə yol-patrul xidməti əməkdaşı tərəfindən "saxla" işarəsi verilib, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Bu barədə Qaynarinfo-ya Bakı şəhər DYP İdarəsindən məlumat verilib. 

Məlumata görə, görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılıb və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyi məlum olub.

Sürücü barəsində müvafiq sənədləşmə aparılıb və toplanmış materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Əliyev inzibati qaydada həbs edilib.