Ölkə 15:16 22.10.2017

Bakıya uçan zaman problem yaranmış təyyarədən xəbər var

Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problem səbəbindən geri qayıdan təyyarə Bakıya gəlib.

"Qaynarinfo" xəbər verir ki, trend-ə AZAL-dan verilən məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 11:00 Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Qeyd edək ki, Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi avialayner saat 22:56-da Astanada ştat rejimində eniş etdiyi haqda məlumat yayıb.

Təyyarədə 90 nəfər sərnişinin olduğu bildirilir.

Qaynarinfo.Az