Ekonomiks 20:28 26.10.2021

Balakən rayonunun qaz təchizatında fasilə yaranacaq

Balakən rayonunun qaz təchizatında fasilə yaranacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinin "Yevlax-Şəki-Balakən” yüksək  təzyiqli magistral qaz kəmərinin Katex çay keçidində aparılan təmir işləri ilə əlaqədar 27.10.2021-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək Balakən rayonunun (rayon mərkəzi və 55 kənd daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.