Dünya 16:23 20.10.2023

“Balticconnector”un sıradan çıxarılması NATO infrastrukturuna hücumdur - Estoniya

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Finlandiya və Estoniya arasında "Balticconnector” qaz kəmərinin sıradan çıxarılmasının "NATO infrastrukturuna hücum" sayıla biləcəyini deyib. O, bunin ekoloji fəlakət deyil, zərərin insan tərəfindən vurulduğunu söyləyib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə ABŞ-ın "Foreign Policy" jurnalının müxbiri ilə söhbətində danışıb

Bu gün, oktyabrın 20-də Estoniya polisi müəyyən edib ki, İsveç və Estoniya arasında dəniz dibi ilə keçən fiber optik kabel fiziki təsir nəticəsində zədələnib. Estoniyanın müdafiə naziri Pol Yunsson təhqiqatın yekun nəticələrinin yaxın 24 saat ərzində alınacağını gözləyir.

Qeyd edək ki, oktyabrın 8-də "Balticconnector” qaz kəmərinin Finlandiya və Estoniya operatorları xəttin dəniz hissəsində təzyiqin aşağı düşdüyünü qeyd ediblər və ehtimal olaraq bunun sızma olduğunu bildiriblər. Finlandiya prezidenti Sauli Niinistö hesab edir ki, zərər xarici təsirlərin nəticəsi ola bilər. Fin polisi sızma sahəsində "xarici izlər" tapıb. Oktyabrın 17-də İsveç Estoniya ilə dənizaltı rabitə kabelinin zədələndiyini bildirib.

Nizami Bağırov