İdman 18:21 31.12.2023

"Barselona" onu transfer edib, "10" nömrəli formanı verəcək

"Barselona" klubu Meyson Qrinvudu heyətinə cəlb etmək istəyir.

Kataloniya təmsilçisi ingiltərəli futbolçu ilə maraqlanır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Barselona" "Mançester Yunayted"in futbolçusunu transfer edib, Leo Messinin "10" nömrəli formasını ona vermək istəyir.

Qeyd edək ki, Qrinvud hazırda icarə əsasında "Xetafe"də çıxış edir.//Offsideplus.az