Ölkə 11:33 25.09.2023

Baş həkim işdən çıxarıldı, iki təyinat edildi

Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad olunub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, xəstəxananın baş həkimi Elmar Zeynalov işdən azad olunub. Samiq Sadıxovun digər əmri ilə bu vəzifə Malik Əsgərova həvalə olunub.

Bundan başqa Naxçıvan Sağlamlıq Mərkəzinə yeni baş həkim təyin edilib. Samiq Sadıxovun əmrinə əsasən, bu vəzifəyə tibb elmləri doktoru, professor İsa Abdullayev təyinat alıb.