Ölkə 10:22 18.02.2024

Baş prokuror 5 nəfərin qətli ilə bağlı danışdı: "Mənim gördüyüm budur ki..."

"Belə şəxsin azadlıqda olması cəmiyyətin üçün təhlükəlidiir və təhdiddir. Bunun səbəbləri tərəfimizdən çox ciddi araşdırılacaq".

Bu sözləri ötən gün Əhməd Əhmədovun törətdiyi silsilə qətllərlə bağlı real tv-yə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. 

Baş prokuror hesab edir ki, bununla bağlı adiyyəti qurumlar qarşısında təkliflər hazırlanacaq: "Mənim gördüyüm və hiss etdiyim budur ki, bu məsələdə müəyyən boşluqlar olub".