İdman 11:39 07.12.2023

"Bavariya" bu futbolçunu transfer etdi

Bundesliqa komandalarından olan "Bavariya" heyətini gücləndirib.
 
Qaynarinfo-nun məlumatına görə, Bundesliqa nəhəngi "Qranada"nın futbolçusu Brayan Saraqosanı transfer edib. Klubdan 22 yaşlı oyunçu ilə beşillik müqavilə imzalandığı bildirilib. Açıqlamada onun mövsümün sonuna qədər İspaniyada qalacağı bildirilib.

İspaniyanın məşhur AS nəşrində çıxan xəbərdə alman klubunun bu transfer üçün 14 milyon avro ödəyəcəyi qeyd olunub.
 
Karyerasına "Qranada"nın infrastrukturunda başlayan Saraqosa 2022-ci ildə əsas komandaya dəvət alıb. Bu mövsüm 14 matçda meydana çıxan gənc, beş qola iki məhsuldar ötürməyə imza atıb.

Saraqosa bu mövsüm ilk dəfə İspaniya millisinə çağırılıb. O, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə oyunda debüt edib.
 
Səbuhi Həsənov