Dünya 14:37 10.12.2023

Bayden Trampdan danışdı: "Onu itirsək, hər şeyi itiririk"

ABŞ prezidenti Co Bayden keçmiş Amerika lideri Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində mümkün qələbəsinin ölkə üçün çoxlu təhlükələr yaradacağını bildirib. 

Qaynarinfo xəbər verir ki, Bayden bu fikrini Los-Ancelesdə seçki kampaniyası üçün vəsaitin toplanmasına həsr olunmuş iclasda bildirib.

Görüş zamanı ABŞ rəhbəri administrasiyasının nailiyyətlərindən danışıb və çıxışının ortasında Trampı tənqid etməyə başlayıb.

"Donald Tramp bu ölkə üçün çoxlu təhdidlər yaradır. Seçmək hüququndan, vətəndaş hüquqlarından, səsvermə hüququndan, Amerikanın dünyada tutduğu yerə qədər", deyə Bayden bildirib.

Onun sözlərinə görə, Trampın yaratdığı ən böyük təhlükə Amerika demokratiyası üçün təhlükədir:

"Onu itirsək, hər şeyi itiririk".

O, həmçinin qeyd edib ki, Tramp tarixdə xalqın iradəsini tanımaqdan imtina edən prezident seçkilərində məğlub olan ilk namizəd olub. Baydenin sözlərinə görə, respublikaçıların seçkilərdə mümkün qələbəsi halında onun ikinci prezidentlik müddəti birincidən daha pis olacaq. Onun sözlərinə görə, Tramp öz siyasi rəqiblərini təqib etmək üçün ölkə küçələrində ordudan istifadə edə bilər.

Aydın