Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun növbəti baş katibi postu uğrunda mübarizədən geri çəkildiyini açıqlayıb.
Qaynarinfo "Avropa həqiqəti”nə istənadla xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Telekanal Uollesin NATO-ya rəhbərlik etmək imkanını şərh etdiyi "The Economist” jurnalına müsahibəsindən sitat gətirib.
"Belə olmayacaq. Bəlkə də onlar baş nazir istəyirlər", - o deyib.
Telekanalın məlumatına görə, Böyük Britaniyanın müdafiə naziri keçən həftə ABŞ prezidenti Co Baydenin Uollesin namizədliyini dəstəkləmədiyi üçün NATO-ya rəhbərlik etmək ümidlərinin puça çıxdığını anlayıb.
"Bayden sadəcə Böyük Britaniyanı dəstəkləmək istəmədi", - müdafiə nazirliyindəki mənbə bildirib.
Telekanalın diplomatik mənbələrinə görə, NATO dövlət və ya hökumət başçısı olan bir namizəd tapmağa ümid edir və üstünlük qadın namizədlərə verilir.
Bəzi mənbələr Brexit səbəbiylə bəzi Avropa ölkələrinin Böyük Britaniyadan daha çox Aİ ölkəsinin namizədinə üstünlük verəcəyini iddia edir.
Media daha əvvəl xəbər vermişdi ki, NATO müttəfiqləri varis seçimində çətinliklər üzündən hazırkı baş katib Yens Stoltenberqin səlahiyyət müddətini uzatmağa meyillidirlər. Stoltenberqin səlahiyyətləri daha bir il uzadıla bilər.
Eyni zamanda, Stoltenberq özü bildirib ki, "baş katib kimi işini başa çatdırmaqdan başqa planları yoxdur".
Həmçinin qeyd olunub ki, Co Bayden Vaşinqtona son səfəri zamanı Yens Stoltenberqi NATO-nun baş katibi vəzifəsində qalmağa şəxsən razı salıb.
Alpər
Şərhlər