İdman 11:46 05.12.2022

BBC-nin iki məşhur jurnalsiti "Twitter"də Messi və Ronaldo ilə bağlı bir-birinə dəyd

Ulduz britaniyalı jurnalistlər Pirs Morqan və Qari Lineker Twitter-də Messi və Ronaldo üstündə mübahisə ediblər.

Qaynarinfo bu barədə sports.ru-ya istinadla xəbər verir

Qalmaqal Morqanın tvitindən başlayıb. Argentina ilə Avstraliya oyunundan sonra o, BBC-də (Lineker də orada çalışır) Dünya Kuboku xəbərləri bölümündə bunları yazıb:

"Bütün BBC ekspertlər komandası özünü Messinin vurğun qız fanatı kimi aparır, bu da dözülməz olur. Onların bəzilərinin həlak ola biləcəyindən narahatam. Sakit olun, uşaqlar. O, orta komandaya qarşı yaxşı oyun keçirdi. Görək, yaxşı komandaya qarşı necə oynayacaq”.

"Ronaldonun bağırsaqlarından az əvvəl öz fikrinizi söyləmək üçün çıxdığınızı görmək çox xoş oldu".

Linekerin cavab tviti artıq 100 mindən çox bəyənmə gəlib, Morqanın tviti isə cəmi 20 min bəyənmə toplayıb.

Hər iki müxbir həqiqətən də vurğunluqlarını gizlətmirlər. Pirs Morqan Ronaldonu dostu adlandırır, yəqin ki, oxucular Kriştianonun "Mançester Yunayted” ilə müqaviləsinin sona çatmasına səbəb olan son müsahibə haqda məlumatlıdırlar.

Lineker də öz növbəsində Messini tarixin ən böyük oyunçusu adlandırıb və uğurlu matçlardan sonra onu mütəmadi olaraq tərifləyir.
 
Alpər