Ölkə 17:47 16.12.2022

BDU-nun korpusu təmirə bağlanır - Tələbələr köçürüləcək  (RƏSMİ)

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusu təmirə bağlanacaq. 

Qaynarinfo Baku.ws-ə istinadən xəbər verir ki, 2-ci korpus təmirlə əlaqədar 1 semestrlik bağlanacaq. 

Bu müddət ərzində universitetin sözügedən korpusunda təhsil alan birinci və üçüncü kurs tələbələrin Odlar Yurdu Universitetində, ikinci və dördüncü kurslar isə Təfəkkür Universitetində tədrislərinə davam etdirəcəkləri bildirilir.  

Məsələ ilə bağlı universitetlə əlaqə saxlanılıb. Təhsil ocağının mətbuat xidmətindən bildirildi ki, 2 saylı korpusun təmir etdirilməsi məsələsi gündəmdədir. Lakin hələlik nə təmirin vaxtı, nə də tələbələrin hara köçürüləcəyi məsələsi dəqiq deyil.