İngiltərə Premyer Liqa komandalarından olan "Brayton"un 22 yaşlı belçikalı futbolçusu Lars Dendonker aktiv futbolçu karyerasını başa vurub.
Qaynarinfo-nun məlumatına görə, İnstaqram hesabında futbolçu bunun səbəblərini də açıqlayıb:
"Uşaq olanda yalnız bir xəyalım var idi - Peşəkar futbolçu olmaq. Amma peşəkar karyeram və arzum çox tez bitdi. Ürəyimdə olan xəstəliyə görə futbolu dayandırmaq qərarına gəldim. Sağlamlığımı itirməməliyəm. Bu, həyatımda verdiyim ən çətin qərar idi. Ancaq geriyə dönüş yoxdur və mən gələcəyə diqqət etməliyəm”.
Karyerasına "Brügge"də başlayan müdafiəçi 2020-ci ildə transfer olunduğu "Brayton" U-21 komandasında meydana çıxdığı 21 oyunda bir qol vurub.
Səbuhi Həsənov
Şərhlər