İdman 11:33 07.06.2023

Benzemanın yeni klubu müəyyənləşdi

Səudiyyə Ərəbistanı liqası komandalarından olan "Al-İttihad” Kərim Benzemanı heyətinə qatdıqlarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki,  Səudiyyə komandasının sosial media hesabında paylaşılan məlumatda "Benzema burada. Yeni pələng uğuldayacaq. Birliyə xoş gəlmisiniz" - ifadələri yer alıb.

"Real"dan ayrılan və yeni komandası ilə 3 illik müqavilə imzalayan 35 yaşlı hücumçu üzərində 2026 yazılmış forma ilə poza verib.

Benzema 14 il oynadığı "Real"ın heyətində beş dəfə UEFA Çempionlar Liqası və FIFA Klublararası Dünya Kuboku, dörd dəfə UEFA Super Kuboku, La Liqa və İspaniya Superkuboku, üç dəfə "Kral Kuboku" titulunu qazanıb.

Səbuhi Həsənov