Video 21:17 07.02.2022

Bərdədə yol çəklişi yaşayış evini qəzalı vəziyyətə saldı (VİDEO)

Bərdədə yol çəkilişi fərdi yaşayış məntəqəsini qəzalı vəziyyətə salıb. Tikinti işləri evin çox yaxınlığında aparıldığından rayonun Şirvanlı kəndində ikimərtəbəli yaşayış evi təhlükə ilə üz-üzə qalıb. 

Yaşayış evinin divarlarında çatlar əmələ gəlib. Ev sahibi iddia edir ki, bu vəziyyət Bərdə - Ağdam magistral avtomobil yolunun çəkilişi zamanı aparılan qazıntı işlərindən yaranıb. Elə hal hazırda evin bir addımlığında da yol çəkilişi işləri aparılır.

Ev sahibi Elmir Hüseynov bildirir ki, bir ay yarımdır evi qəzalı vəziyyətə düşüb.

Daha ətraflı Baku TV-nin süjetində: