İdman 15:07 07.12.2023

Berdiməhəmmədovun klubunun xal itirmədən çempionluğu etirazlara səbəb oldu

Türkmənistanın Yüksək Liqasında ilk mövsümündə bütün matçlarda qələbə qazanıb çempion olan "Arxadağ"ın çıxışı mübahisələrə yol açıb. 

Qaynarinfo-nun məlumatına görə, Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədovun yaratdığı komandanın millidən əksər futbolçuları transfer edərək xal itirmədən çempionluğa yüksəlməsi rəqib azarkeşlərin kəskin reaksiyasına səbəb olub. Onlar hakimlərin bir çox matçlarda "Arxadağ"ın lehinə qərarlar verdiyini və rəqiblərin hüquqlarını pozduqlarını iddia ediblər. 

2006-2022-ci illərdə ölkəyə rəhbərlik etmiş Berdiməhəmmədov ötən il martın 19-da prezident postunu oğlu Sərdar Berdiməhəmmədova həvalə edib.

Səbuhi Həsənov