Dünya 17:59 29.05.2023

Berlin Almaniyanın Rusiyadakı mövcudluğunun məhdudlaşdırılmasına cavab vəd etdi

Almaniyanın Moskvadakı səfirliyi Kremlin Rusiyadakı alman nümayəndəliklərinin işçilərinin sayını məhdudlaşdırmaq qərarını eskalasiya adlandırıb və cavab vəd edib.

Qaynarinfo "Avropa həqiqəti”nə istinadla xəbər verir ki, bu barədə səfirliyin mayın 28-də yaydığı məlumatda deyilir.

"Rusiya hökuməti eskalasiyaya davam edərək, Almaniya Respublikası hökumətini Rusiyada Almaniya nümayəndəliklərinin işçilərinin icazə verilən maksimum sayını təyin etmək qərarı haqqında məlumat verdi, beləliklə, Almaniya nümayəndəliklərinin və təşkilatlarının uzun illərdir davam edən mövcudluğunu əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Bu addım aprelin 22-də Rusiya Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb”, - səfirlikdən bildiriblər.

Rusiya tərəfinin birtərəfli qaydada tətbiq etdiyi və iyunun əvvəlindən qüvvəyə minəcək bu yeni məhdudiyyətlər təkcə səfirlik və baş konsulluqların əməkdaşlarına deyil, həm də Höte adına İnstitutun nümayəndəlikləri daxil olmaqla, alman məktəblərinin, alman mədəniyyət təşkilatlarının əməkdaşlarına şamil ediləcək, - diplomatik idarədən qeyd edilib.

Alman diplomatların əlavə etdiyi kimi, Rusiya hökumətinin bu əsassız qərarı Almaniya hökumətini bütün sahələrdə Rusiyadakı mövcudluğunu ciddi şəkildə azaltmağa məcbur edir.

"Rusiya hökuməti bu qərarı qəbul edərkən bunun Almaniyanın Rusiyadakı xarici nümayəndəliklərində, mədəniyyət təşkilatlarında və məktəblərində işləyən çoxlu sayda Rusiya vətəndaşına təsir edəcəyini və bununla da işlərini itirəcəyini bilirib", - səfirlik qeyd edib.

Almaniya hökuməti qalan heyətin köməyi ilə Rusiyada diplomatik və konsulluq mövcudluğunu saxlamağa və işçilərin sayının azaldılmasına məruz qalan təşkilatların işini təmin etməyə çalışacaq. Eyni zamanda, bütün sahələr üzrə kadrlar xeyli ixtisar olunacaq.

"Rusiya tərəfinin birtərəfli qaydada tətbiq etdiyi məhdudiyyətləri nəzərə alaraq, Almaniya Respublikası praktikada Rusiyanın Almaniyadakı mövcudluğu ilə bağlı de-fakto paritetin saxlanmasına yönəlmiş addımlar atacaq”, - bəyanatda deyilir.

Bu yaxınlarda məlum olub ki, Moskvanın ölkədəki alman qurumlarının işçilərinin sayını azaltmaq qərarına görə yüzlərlə alman dövlət qulluqçusu Rusiyanı tərk etmək məcburiyyətində qalacaq.

Aprel ayında ikirəqəmli sayda rus kəşfiyyatçı Almaniyanı tərk edib, daha sonra Rusiya Xarici İşlər Nazirliyi "Berlinin düşmənçilik hərəkətləri” apardığını elan edib və nəticələri barədə xəbərdarlıq edib.

Alpər