Ölkə 22:00 24.04.2023

Biləsuvarda baş verən partlayışda bacı-qardaş xəsarət alıb, ana axtarılır (VİDEO/ YENİLƏNİB)

Biləsuvarda baş verən partlayış hadisənin bəzi təfərrüatları məlum olub.

Qaynarinfo xəbər verir ki,, hadisə Nazilə Məmmədovaya məxsus şəhərin H. Əliyev prospektində yerləşən 5 mərtəbəli, bina 6, mənzil 15 ünvanında qeydə alınıb.

Belə ki, partlayış orda kirayədə yaşayan rayon sakini 1988-ci il təvəllüdlü Günay Əliyeva mənzilə daxil olan zaman baş verib. Həmin vaxt onun yanında övladları 2009-ci il təvəllüdlü F. Əliyeva və 2013-cü il təvəllüdlü Y. Əliyev də olub. Məlumata görə, hadisə vaxtı qadının həyat yoldaşı həyətdə olduğundan o, xəsarət almayıb.

Hadisədən sonra mənzil tamamilə dağılıb. 

Xilasetmə tədbirləri nəticəsində ananın hər iki övladı ağır vəziyyətdə xilas edilərək, rayon xəstəxanasına aparılıblar.

Hazırda ananın axtarışları davam etdirilir.
 
***
 
Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin ana və onun övladı olması məlum olub. 

Qaynarinfo xəbər verir ki, həmin şəxslər G. Əliyeva və onun oğlu Y. Əliyevdir.

Onlar ağır vəziyyətdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
 
****
 
Biləsuvar şəhəri Heydər Əliyev prospektində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində partlayış baş verməsi ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə daxil olub.

FHN-dan Qaynarinfo-ya bildirilib ki, ilkin ehtimala görə mənzildə partlayış qaz sızmasından qeydə alınıb.

Dərhal FHN adiyyatı qurumları hadisə yerinə cəlb edilib. İlkin baxış zamanı partlayış baş berən mənzilin dam örtüyünü çökməsi müəyyən edilib. Hazırda əməliyyat davam etdirilir.

*** 
 
Biləsuvarda yaşayış binasında güclü partlayış baş verib.

Bu barədə Qaynarinfo-ya yerli sakinlərdən biri məlumat verib.
 
Rayon sakini deyib ki, partlayış şəhərin "Beşmərtəbələr" deyilən ərazisində beşmərtəbəli binanın son mərtəbəsində baş verib. Partlayış sonuncu binanın damını dağıdıb, ətraf mənzillər belə ciddi zərər görüb.

‌Hadisə yerinə FHN və Təcili yardım maşınları gəlib, polis sıxlıq yaradan sakinləri uzaqlaşdırana kimi sahəyə girmək mümkün olmayıb.

‌Hələlik tələfat haqda məlumat yoxdur.