Ölkə 20:36 30.04.2022

Biləsuvarda yol qəzasında sürücü öldü

Biləsuvar rayonunda baş verən yol qəzasında sürücü ölüb.

APA-nın cənub bürosu xəbər verir ki, rayonun Dərvişli kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Əliyevin idarə etdiyi "Hyundai" markalı minik avtomobili Biləsuvar şəhəri ərazisində traktorla toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü ağır bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, Elçin Əliyev xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.