Siyasət 23:59 07.03.2023

BMT rəhbəri Ukraynaya gəldi

BMT-nin baş katibi Antonio Quterreş Ukraynaya səfər edib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı brifinqdə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib.

Onun sözlərinə görə, baş katib çərşənbə günü taxıl sazişinin uzadılması üçün Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

"Baş katib bu gün səhər saatlarında Polşaya gəlib, indi isə Ukraynadadır və Prezident Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gedir”, - o deyib.