Ölkə 22:59 07.11.2023

Bölgələrdə bu xidmət ASAN XİDMƏT-ə verildi

Azərbaycanın bəzi regionlarda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması səlahiyyətləri "ASAN Xidmət” mərkəzlərinə verilib.

Bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi "Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası"nda göstərilib.

Yeni qaydalara görə, "ASAN Xidmət” Mərkəzləri bu səlahiyyətləri ancaq "ASAN Kommunal” mərkəzləri olmayan regionlarda icra edəcək.