Dünya 15:02 19.05.2023

Böyük Britaniya Rusiya aktivlərinin blokdan çıxarmağın şərtlərini açıqladı

Böyük Britaniya hökuməti yalnız Rusiya Ukraynaya təzminat ödəməyə razılaşarsa, ölkədə dondurulmuş Rusiya aktivlərini blokdan çıxaracaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bu tədbirlər yeni sanksiyalarla birlikdə ictimaiyyətə açıqlanıb.

"Xarici işlər naziri həmçinin elan edib ki, qanunlarımıza uyğun olaraq, Rusiya Federasiyası Ukraynaya vurduğu ziyanı ödəməyə razılaşana qədər yurisdiksiyamızda olan Rusiya dövlət aktivləri blokda qalacaq", - Britaniya XİN bildirib.

Britaniya hökumətinin rəsmi məlumatına görə, 2022-ci il fevralın 24-dən oktyabrın 20-dək Böyük Britaniyada Rusiyanın 18,39 milyard funt-sterlinq (20,95 milyard dollar) aktivləri dondurulub.

Nizami Bağırov