Britaniya hökuməti yaxın həftələrdə Vaqner PMC-ni terror təşkilatı kimi tanımağa hazırlaşır.
Qaynarinfo xəbərverir ki, bu barədə Britaniya Nazirlər Kabinetindəki mənbələrə istinadən "The Times” qəzeti məlumat
yayıb.
Onların sözlərinə görə, Böyük Britaniyanın hakimiyyət orqanları iki aydır ki, "Rusiyaya təzyiq göstərmək” üçün "Vaqner” PMC-nin terror təşkilatları siyahısına salınması üçün hüquqi əsaslar hazırlayır. PMC Wagner-ə müvafiq statusun verilməsi Böyük Britaniyada təşkilata mənsub olmağı, onun təşkil etdiyi tədbirlərdə iştirak etməyi, ona dəstək ifadə etməyi və ya onun simvollarını taxmağı cinayət sayır.
Bundan əlavə, PMC Wagner-ə qarşı maliyyə sanksiyaları tətbiq oluna, təşkilat üzvlərinə Britaniya məhkəmələrində jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı iddialar irəli sürmək qadağan edilə bilər.
Alpər
Şərhlər