İdman 15:04 09.12.2023

BOK-dan Rusiya və Belarus idmançıları ilə bağlı qərar -  Bayraqsız, himnsiz...

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının 2024-cü il Paris Olimpiya Oyunlarında "neytral idmançı" kimi mübarizə apara biləcəklərini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, BOK-un verdiyi açıqlamaya görə, Olimpiadada Rusiya və Belarusun bayraqları, emblemləri və himnlərindən istifadə etməyə qadağa qoyulub. Paris 2024-də bitərəf kimi qoşulan Rusiya və Belarus idmançılarından digərlərinə şamil olunan bütün antidopinq qaydalarına əməl etmələri tələb olunacaq.

Oyunlar çərçivəsində hər iki ölkənin hökumətlərindən heç bir rəsmi nümayəndə Parisə dəvət edilməyəcək və akkreditasiyadan keçməyəcək. Ukraynaya qarşı müharibəyə fəal dəstək verən digər idmançılar da Olimpiadaya buraxılmayacaqlar. Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı idmançıların Olimpiadada qərəzsiz iştirakının qarşısını almağa çağırıb.

BOK oktyabr ayında Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin "sonrakı xəbərdarlığa qədər" dayandırıldığını elan edib.

Səbuhi Həsənov