Dünya 16:00 29.06.2022

Bolqarıstan 70 rus diplomatı və casusunu ölkədən çıxarır

Bolqarıstan 70 rusiyalı diplomatı ölkədən çıxaracaq.

Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın istefaya göndərilən baş naziri Kiril Petkov bildirib.

Keçmiş nazir ölkəsinin daxili işlərinə qarışdıqlarına görə 70 rusiyalı diplomatın - çoxu diplomatik kimlik altında gizlənən casusların ölkədən çıxarıldığını açıqlayıb.

Bu addım Moskva ilə əlaqələrin dərin olduğu bir ölkədə Kremlə qarşı misli görünməmiş qətiyyətli addımdır. 

Petkov Ukraynanın işğalından sonra NATO-ya meyilli və transatlantik kurs qurmağa cəhd edib. Ancaq o bildirir ki, keçən həftə etimadsızlıq səsverməsində ruslar Bolqarıstanın Moskva ilə əlaqəli mafiyasının onu devirməsinə kömək edib.

"Bazar günü biz 70 yerlik təyyarənin Moskvaya geri dönəcəyini gözləyirik",- o televiziya müxbirlərinə deyib. 

Nurlan Hüseynov