Dünya 19:12 08.12.2022

Borreldən çağırış: Aİ-nin hərbi xərcləri 70 milyard artırılsın

Avropa İttifaqının Ukraynaya tədarük etdiyi silah ehtiyatları Avropa hərbi-sənaye kompleksi illərdir kifayət qədər maliyyələşdirilmədiyi üçün getdikcə tükənir.

Qaynarinfo xəbər verir ki, bu barədə cümə axşamı Avropa Müdafiə Agentliyinin iclasında çıxış edən Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cosep Borrell bildirib

Avropa diplomatiyasının rəhbəri Avropa İttifaqı (Aİ) ölkələrini 2025-ci ilə qədər hərbi xərcləri 70 milyard avro (+30%) artırmağa çağırıb. 

"İndi bizim Avropa ordumuz yoxdur, 27 müxtəlif ordumuz var. Soyuq müharibədən sonra biz asinxron olaraq hərbi xərclərimizi azaltdıq. Bu baxımdan, biz ilk növbədə keçmişimizi düzəltməli və hərbi sərmayə çatışmazlığını kompensasiya etməli, sonra gələcəyi qazanmalıyıq. Ona görə də siyasi debatımızın bir parçası olmalı olan bir rəqəm deyəcəm. Biz 2025-ci ilə qədər müdafiə xərclərini 70 milyard avro artırmalıyıq”, - deyə Borrell bildirib.

"Aİ-də Ukraynaya tədarük olunan silah ehtiyatları illərdir lazımi maliyyəni təmin etmədiyimiz üçün tükənib. Kiyevə göndərdiyimizi anbarlardan yox, ordumuzdan alırıq”, - o əlavə edib.

Eyni zamanda, Cosep Borrell qeyd edib ki, 2014-cü ildən Aİ ölkələri müdafiə xərclərini artırıb, bəzilərində artım 40% olub. 2021-ci ildə müdafiəyə 214 milyard avro ayrılıb ki, bu da 2020-ci illə müqayisədə 6% artım deməkdir. Lakin bu, Ukraynada keçirilən xüsusi əməliyyat fonunda meydana çıxan hərbi texnika ilə bağlı problemlərdən qaçmağa imkan vermədi. Əməkdaşlığın lazımi səviyyədə olması üçün Borrell Aİ ölkələrinin hökumətlərinə hərbi büdcələrinə nəzarətin bir hissəsini Avropa Komissiyasına verməyi təklif edib.

Noyabrın 15-də Cosep Borrell bildirib ki, Aİ ölkələri müharibə başlayandan bəri Ukraynaya "ən azı” 8 milyard avro ayırıb. Fevralın 24-dən Aİ Ukraynaya silah tədarükünün ödənilməsi üçün Avropa Sülh Fondundan 3,1 milyard avro ayırıb. 

Nizami Bağırov