Dünya 16:30 04.12.2023

Bot treyderləri ABŞ-da neftin qiymətinin qalxmasında günahlandırılır

Bir qrup bot treyderi qlobal neft bazarına nəzarəti effektiv şəkildə ələ keçirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bot hərəkətləri dəyişkənliyi artırır və fiziki təchizat və kağız bazarı arasında əlaqəni kəsir. Söhbət sözdə əmtəə ticarəti məsləhətçiləri (CTA) - alqoritmlərə əsaslanan əmtəə fyuçerslərinin ticarəti üçün tövsiyələr verən proqramlardan gedir. Təvazökar adlarına baxmayaraq, CTA-lar neft bazarında getdikcə daha görkəmli rol oynayırlar. Təkcə son iki həftə ərzində əhəmiyyətli xəbərlərin olmadığı bir şəraitdə neft demək olar ki, hər gün 1-2 dollar itirib və ya dəyər qazanıb.

"Bridgeton Research "Group tədqiqat şirkətinin məlumatına görə, CTA 2023-cü ildə ABŞ neft bazarında hedcinq fondlarının və digər əsas oyunçuların xalis ticarət həcminin 60%-ni təşkil edib ki, bu da rekord həddə çatıb.

CTA-lar likvidlik təmin etsə də, onların alqoritmik strategiyaları gündəlik qiymət dalğalanmalarını lazımsız şəkildə gücləndirə bilər. 2022-ci ildə CTA ticarət həcmi artdıqca, Brent markalı neftin fyuçersləri gündə 2 dollardan çox 242 dəfə dəyişib ki, bu da tarixi normadan 150% çoxdur.

Alqoritmlərin gündəlik neft ticarətinin 70%-ə qədərinə nəzarət etdiyi təxmin edilir. "Pentathlon Investments"in keçmiş treyderi və idarəedici tərəfdaşı İlya Buşuev deyir: 

"Siz onların mövqelərinin nə qədər böyük olduğuna görə şoka düşəcəksiniz". "Onlar yəqin ki, BP, "Shell" və "Koch"un birləşdiyindən daha böyükdür".

Neft qiymətlərindəki sıçrayışlar benzin və digər enerji resurslarının bahalaşması hesabına inflyasiyaya təsir edir. "Bloomberg" yazır ki, bəzi analitiklər CTA-nın neftin yenidən qiymətləndirilməsinə 7 dollara qədər töhfə verdiyini söyləyirlər.

KİV-in məlumatına görə, Ağ Ev 2022-2023-cü illərdə neftin qiymətinin artmasında CTA-nın rolundan narahatdır. 2022-ci ildə CTA ticarət həcmi sürətlə artdıqca, Nyu York neft fyuçersləri gündə 2 dollardan çox 242 dəfə dəyişdi. "Bloomberg" hesablamalarına görə, bu, 2000-ci ildən bəri tarixi orta göstəricidən 150% yüksəkdir.

Qeyd edək ki, ötən həftənin sonunda neftin qiyməti OPEC+ neft hasilatının azaldılması ilə bağlı şayiələrin artması ilə kəskin yüksəlib.

Aydın