Cinsi təcavüz ittihamı ilə Barselona şəhərində saxlanılan braziliyalı futbolçu Dani Alveş barəsində müvəqqəti həbs qərarı çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, təcrübəli futbolçu məhkəmənin hakimi tərəfindən zaminə buraxılmadan müvəqqəti həbs qərarı ilə həbsxanaya göndərilib.
Kataloniya Ali Ədliyyə Məhkəməsinin mətbuata verdiyi açıqlamada, dekabrın 30-da Barselona şəhərində əyləncə klublarının birində baş verən hadisədən sonra 23 yaşlı qadının cinsi təcavüz iddiası ilə Alveşdən şikayəti əsasında saxlanıldığı bildirilib.
İspaniya mətbuatının məlumatına görə Alveşin sonuncu klubu "Pumas" (Meksika) onunla müqaviləyə xitam verib.
39 yaşlı müdafiəçi Meksika təmsilçisindən əlavə "Bahia", "Sevilya", "Barselona", "Yuventus", PSJ və "Sao-Paulo"da da forma geyinib.
Səbuhi Həsənov
Şərhlər