Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, Vladimir Putinin həbsi ilə bağlı məsələyə məhkəmə qərar verəcək. Halbuki o, daha əvvəl Rusiya prezidentinin 2024-cü ildə G20 sammiti üçün ölkəyə səfər edəcəyi təqdirdə onu həbs etmək fikrində olmadığını bildirmişdi
Qaynarinfo bu barədə UOL-a istinadla xəbər
verir.
"Mən məhkəmənin onu həbs edib-etməyəcəyini bilmirəm, mən Braziliya ədliyyə sisteminin onu həbs edib-etməyəcəyini bilmirəm. Bu, Braziliya hökuməti və ya parlamentinin deyil, məhkəmələrin işidir", - o deyib.
Lula həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin "məsələyə baxmağı" planlaşdırdığını bildirib.
"Mən həqiqətən bu Beynəlxalq Cinayət Məhkəməsinin bu məsələsini öyrənmək istəyirəm, çünki Birləşmiş Ştatlar onun tərəfi deyil, Rusiya da onun tərəfi deyil. Beləliklə, mən bilmək istəyirəm ki, Braziliya ABŞ-ın qəbul etmədiyi məhkəməni niyə imzalayıb”, - Braziliya prezidenti bildirib.
Bundan əvvəl Braziliya prezidenti Putini həbs etməyəcəyinə söz vermişdi.
Sentyabrın 9-10-da Hindistanda keçirilən G20 sammitində Luiz İnasio Lula da Silva deyib ki, onun prezidentliyi dövründə Putin "heç vaxt həbs edilməyəcək” və o, 2024-cü ildə Rio-de-Janeyroda keçiriləcək G20-nin növbəti sammitinə sərbəst gələ bilər.
Ukrayna Prezidentinin Ofisi belə bir bəyanatı qəbuledilməz adlandırıb və qeyd edib ki, Luiz İnasio Lula da Silva "rus qatilləri naminə” qanunsuzluğu müdafiə edir.
2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqları Rusiyaya deportasiya etməkdə şübhəli bilərək Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. İndi Putin Roma Statutunun üzvü olan ölkələrin hər birində həbs edilməlidir, onlardan biri Braziliyadır.
Alpər
Şərhlər